34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı keçirilib - FOTO

34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı keçirilib - FOTO

Dekabrın 22-də 34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, nazirliyin əməkdaşları, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Baş İdarənin rəisi Vuqar Zeynalov tədbiri açıq elan edərək, bütün qonaqları salamlayıb. Qısa vaxt ərzində görülən işlər barəsində məlumat verib və musiqi məktəbi şagirdlərini yenidən qəbul etməyə tam hazır olduğunu bildirib.

Açılışda çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev musiqi məktəbinin binasının əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsini mədəni ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirib. Paytaxtımızda və regionlarda mədəniyyət ocaqlarının yenidən qurulduğunu, yeni mədəniyyət müəssisələrinin inşa edildiyini diqqətə çatdıran Əbülfəs Qarayev bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib və mədəniyyətin inkişafına göstərilən qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov musiqi məktəbində yaradılan şəraitin rayon ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu bildirib. Bu faktın mədəniyyətimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu deyib.

Daha sonra nazir Əbülfəs Qarayev məktəb binasının rəmzi açılışını bildirən lenti kəsib, qonaqlar məktəb binasında yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, 1985-ci ildən fəaliyyətə başlayan məktəb 7 otaqdan, 1987-ci ildən isə 16 sinif otağı, zal, qəbul otağı, direktor otağından ibarət olub. 2017-ci ildə məktəb binasında aparılan əsaslı təmir işlərindən sonra binada istilik sistemi çəkilib, akt zalı, otaqlar genişləndirilib, yeni otaqlar və zəruri musiqi ədəbiyyatı ilə təchiz olunmuş kitabxana yaradılıb. Məktəbin bütün avadanlığı və inventarı təzələnib.

Məktəbdə 16 ixtisas üzrə ( fortepiano, skripka, klarnet, violonçel, fleyta, saksafon, qoboy, vokal, tar, kamança, qanun, balaban, qarmon, nağara, xanəndə, saz ) 300 - ə yaxın şagird təhsil alır. 4 şöbə fəaliyyət göstərir ( fortepiano, xalq çalğı alətləri, simli və nəfəs alətləri, nəzəriyyə ) və 77 müəllim çalışır.

Sonda musiqi məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.


34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı keçirilib - FOTO

34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı keçirilib - FOTO
34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı keçirilib - FOTO
34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı keçirilib - FOTO
34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı keçirilib - FOTO
34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı keçirilib - FOTO
34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı keçirilib - FOTO
34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı keçirilib - FOTO
34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı keçirilib - FOTO

25-12-2017, 09:21



Fikirlər