"Bu biabırçılıqdır, əmin qızına necə ..." - Tolik RÜSVAY ETDİ - FOTO

"Bu biabırçılıqdır, əmin qızına necə ..." - Tolik RÜSVAY ETDİ - FOTO


Bu gün "Hər şey daxil" verilişində bayağı mahnılardan söz açan prodüser Tolik sərt çıxışı ilə yadda qalıb.

Realnews.Az xəbər verir ki, təşkilatçı-prodüser studiadakı musiqiçilərə "Bir qısaca olaraq bayağı mahnı oxuyun. Görək bayağı mahnı nəyə deyirsiniz. Oxuyun, biz də bilək ki, bu bayağı mahnıdır" sözləri ilə müraciət edib.

"Cahan" qrupu "Məhləmizdə bir quyu var, əmi qızı" mahnısını ifa edib. İfanın dərhal ardınca Tolik: "Əslində, bu sözdə o qədər biabırçılıq var ki. Əmin qızına aşiq olmaq necə olar ki?! Əmi ata əvəzidir. Əmi qardaş sayılır, atamın qardaşıdır. "Mən sənə aşiq olmuşam, əmi qızı", bu biabırçılıqdır! Yəni, əmin qızını necə alıb apararsan, onu özünə arvad edərsən. Var e... belə ailələr" ifadələri ilə sərt reaksiya verib.

25-12-2017, 09:18



Fikirlər