Biri “Real”a, biri “İnter”ə

Biri “Real”a, biri “İnter”ə

"İnter"in hücumçusu Mauro İkardi "Real"a keçməyə çox yaxındı.

Realnews.Az apasport.az-a istinadən xəbər verir ki, Argentina millisinin üzvü "kral klubu" ilə ilkin razılıq əldə edib.

Bu keçidi qış fasiləsində həll etməyə çalışan madridlilərin "İnter"lə danışıqları da müsbət məcrada keçib. Maliyyə feyr-pleyinə görə İkardi ilə yeni müqavilə bağlaya bilməyən milanlılar onu astronomik məbləğə qarşı tərəfə satmağa razılıq verib.

Əvəzində digər argentinalı futbolçu Xavyer Pastore PSJ-ni "İnter"ə dəyişməyə hazırlaşır. 28 yaşlı hücumameyilli oyunçu özü də açıqlamasında "İnter"lə danışıq apardığını və "neradzurra"nın formasını geyinmək istəyində olduğunu etiraf edib.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm A seriyasında keçirdiyi 18 oyunda 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. PSJ-nin heyətində 16 görüşdə (4 qol, 1 assist) iştirak edən Xavyer Pastore isə nadir hallarda start heyətində yer alıb.

25-12-2017, 08:52



Fikirlər