İşdən qayıdan qadın ərinin meyitini tapdı - Bakıda dəhşət - YENİLƏNİB

İşdən qayıdan qadın ərinin meyitini tapdı - Bakıda dəhşət - YENİLƏNİB


12:02

Bakıda 54 yaşlı kişinin intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

RealNews.Az lent.az-a istinadən bildirir ki, Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər bağ massivində özünü 1963-cü il təvəllüdlü Məmmədov Mehman Əsədulla oğlu həmin evdə kirayə yaşayırmış. Əslən Ucar rayonunun Qulabənd kəndindən olan M.Məmmədov işləmirmiş. O, həyat yoldaşı və iki övladı ilə birgə həmin evdə yaşayırmış. Bildirilir ki, M.Məmmədovun borcu olub.

Hadisənin baş vermə şəraitinə gəlincə, Mehman Məmmədovun həyat yoldaşının çörəkbişirmə sexində işlədiyi və gecə növbəsindən sonra evə qayıdanda həyat yoldaşının özünü asdığını görüb. Hadisə vaxtı 54 yaşlı kişi evdə tək olub. O, içi metal olan kapron iplə özünü yataq otağının qapısının çərçivəsindən asıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

----------

09:29

Bakıda intihar hadisəsi baş verib.

RealNews.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Qəsəbənin ərazisindəki Çiləgər yaşayış massivində yaşayan, 1963-cü il təvəllüdlü Məmmədov Mehman Əsədulla oğlu yaşadığı evdə özünü asıb. Mərhumun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

21-12-2017, 08:29



Fikirlər