İsveçrə Hüsnü Mübarəkin bank hesablarını açdı

İsveçrə Hüsnü Mübarəkin bank hesablarını açdı


İsveçrə Misirin sabiq prezidenti Hüsnü Mübarək və yaxınlarına aid bank hesablarını açıb.

Realnews.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İsveçrə Konfederasiyası Federal Şurasından bildiriblər.

Məlumata əsasən, bank hesablarının dondurulmasına dair qərar dekabrın 20-dən ləğv olunub.

Hüsnü Mübarəkin istefasından sonra İsveçrə hökuməti Hüsnü Mübarəkin banklardakı hesablarını dondurmuşdu.

Qeyd edək ki, bu ilin martında Misirin ali məhkəmə instansiyası - Kasasiya Məhkəməsi Hüsnü Mübarək barəsində bəraət hökmü çıxarıb. H.Mübarək 2012-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. İki il sonra isə Qahirə Məhkəməsi onun üzərindən bütün ittihamları götürüb.

21-12-2017, 08:10



Fikirlər