Bakı-Quba yolunda ağır qəza: sürücü öldü, qadın yaralandı

Bakı-Quba yolunda ağır qəza: sürücü öldü, qadın yaralandı


Bakı-Quba yolunda ağır qəza olub.

RealNews.Az lent.az-a istinadən xəbər verir ki, magistralın 73-cü kilometrliyində, Xızı rayonu ərazisində "Shacman" markalı yük maşını ilə "Shkoda" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilini idarə edən 1952-ci il təvəllüdlü İsmayılov Nizami Qulu oğlu aldığı xəsarətlərdən vəfat edib. Avtomobildə olan sərnişin, 1968-ci ildə anadan olmuş Cabbarova Sürəyya Vəli qızı isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

19-12-2017, 09:08



Fikirlər