Mərciməkli qovurmalı şorbanın HAZIRLANMA QAYDASI

Mərciməkli qovurmalı şorbanın HAZIRLANMA QAYDASI


Havaların soyuması ilə əlaqədar mətbəxlərdə duru xörəklərin bişirilməsinə üstünlük verilir. Amma hər dəfə eyni xörəyi yemək də istəmirik. Milli.Az ailem.az-a istinadən fərqli bir resept təqdim edir - mərciməkli qovurmalı şorba.

Lazım olanlar:

1 xörək qaşığı kərə yağı
250 qram qovurma
4-5 ədəd kiçik soğan
1 stəkan qırmızı mərcimək
1 stəkan düyü
6 stəkan su
Duz

Hazırlanması:

Qovurmanı kərə yağı ilə birlikdə qazanda qovurun. Kiçik soğanları təmizləyin və bütöv qazana qoyun. Soğanlar yumşalmağa başlayanda mərciməyi, düyünü və suyu əlavə edin. Ərzaqlar yaxşıca əzilənə qədər bişirin. Ən sonda isə duz vurun.

Nuş olsun!

19-12-2017, 08:49



Fikirlər