Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin Bakı görüşü - Nələr müzakirə ediləcək?

Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin Bakı görüşü - Nələr müzakirə ediləcək?


Azərbaycan - İran - Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Azərbaycan XİN-dən Milli.Az-a verilən məlumata görə, sabah, dekabrın 20-də Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan - İran - Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Görüşdə konkret hansı məsələlərin müzakirə olunacağı bildirilməsə də, görüşdən sonra nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda isənazirlərin görüşdə regional məsələləri müzakirə edəcəkləri, onun regionda sülhün və sabitliyin təmin olunması prosesinə böyük töhfə verəcəyi bildirilir. Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı və iranlı həmkarları ilə ikitərəfli görüşlər də keçiriləcək.

19-12-2017, 08:43



Fikirlər