Ciyəri bu cür bişirsəniz, DADINDAN DOYMAYACAQSINIZ

Ciyəri bu cür bişirsəniz, DADINDAN DOYMAYACAQSINIZ



Mal və qoyun ciyəri həm ləzzətli, həm də sağlamlığa faydalı olması baxımından çox yeyilən bir qidadır. Amma onu bişirmək elə də asan deyil. Ləzzətli ciyər bişirmək üçün bəzi nüanslara diqqət etmək lazımdır. Milli.Az ailem.az-a istinadən dadlı və asan ciyər hazırlamanın bəzi məqamlarını diqqətinizə çatdırır.

Təzəliyi əhəmiyyətlidir

İlk olaraq ciyəri güvəndiyiniz bir qəssabdan alın. Diqqət edin ki, ciyər ən çox bir günlük olsun.

Mal ciyərini südlə marinə edin

Südlə marinə edilmiş mal ciyəri yumşaq və dadlı olacaq. Bunun üçün ciyəri bişirməzdən 1 və ya 2 saat əvvəl süddə saxlayın.

Damarlarını təmizləyin

Ciyərdə olan damarları təmizləməyiniz məsləhətdir. Bunun üçün əlinizlə yoxlayın, sərt olan qismlərin damar olduğunu anlayıb təmizləyə bilərsiniz.

Suda saxlamayın

Əgər quzu ciyəri almısınızsa, suda saxlamağınız məsləhət deyil. Hətta yuyarkən belə, sudan azca keçirin, çünki ciyər suda çox qalsa dadsız və sərt olar.

Keşniş toxumu qatın

Ciyəri bişirərkən ona bir az keşniş toxumu qatın. Belə olduqda ciyərin ağır qoxusu tamamilə itəcək.

Quyruq yağı

Ciyəri quyruq yağı ilə bişirmək ayrı bir ləzzətə sahib olmasını təmin edəcək. Tavada bişirəcəyiniz ciyərin üzərinə bir sıra quyruq yağı düzsəniz, dadından doymayacaqsınıız.

15-12-2017, 09:13



Fikirlər