Azərbaycanda dəhşət: ana 29 yaşlı oğlunun meyitini tapdı - YENİLƏNİB

Azərbaycanda dəhşət: ana 29 yaşlı oğlunun meyitini tapdı - YENİLƏNİB


10:59

Qusarda intihar hadisəsi olub.


RealNews.Az lent.az-a istinadən xəbər verir ki, Yuxarı Kalanxur kəndində 1988-ci il təvəllüdlü Məmmədbəyov Sahil Kamiloviç özünü yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə asıb. Onun psixi problemlərinin olduğu bildirilir.

Bildirilir ki, 29 yaşlı Sahilin evdə olmadığını görən anası onu axtarıb. Bir qədər sonra qadın oğlunun meyitinin həyətdəki tikilidə asılı vəziyyətdə aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.

---------

10:44

Qusar rayonunda 29 yaşlı gənc intihar edib.

RealNews.Az.Az report-a istinadən xəbər verir ki, rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədbəyov Sahil Kamiliviç yaşadığı Yuxarı Kalaxur kəndində yarımçıq tikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

15-12-2017, 08:51



Fikirlər