İstədiyiniz çəkiyə sahib olmağın sirri - 21 günə... - VİDEO

İstədiyiniz çəkiyə sahib olmağın sirri - 21 günə... - VİDEO


Tanınmış dietoloq Neslihan Aktepe çəki atmaq və artırmaqla bağlı fikirlərini bölüşüb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Neslihan Aktepenin dediyinə görə çəki atmaq və ya artırmağın əsas sirri buna inanmaqdır:

"Əvvəlcə sağlam bədənə sahib olmaq istədiyinizə, qərar verin. Ən vacib şey inamdır. İnansanız, hədəfə doğru yönəlib, 21 gün sonra bədən ilə beyin arasındakı əlaqəni düzgün şəkildə quraraq istəyinizə çata bilərsiniz.

Əgər "Mən qətiyyən bu çəkiyə çata bilmərəm?" düşünsəniz, istədiyiniz nəticəyə heç vaxt çata bilməzsiniz. Çünki bütün bədəni beyin idarə edir və siz də beyinə belə bir siqnal göndərsəniz, həmin çəkiyə çatmağınız imkansızlaşacaq. Buna görə də sərbəst olun, sadəcə istədiyiniz çəkiyə düşməyə qərar verin, inanın, daha sonra bunun üçün çalışın. İnamsız edilən idmanın, dietin də faydası yoxdur".

15-12-2017, 08:48



Fikirlər