Ronaldinyo siyasətə qoşuldu - Namizəd oldu

Ronaldinyo siyasətə qoşuldu - Namizəd oldu


"Barselona"nın və Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo da siyasətə qoşulub.

RealNews.Az komanda.az-a istinadən xəbər verir ki, Ronaldinyo Braziliyanın Federal Senatına keçiriləcək seçkilərdə iştirak etmək istəyir. O, artıq namizədliyini də irəli sürüb.

2005-ci ildə "Qızıl top"un sahibi olan Ronaldinyo Sosial Xiristian Partiyasının namizədi kimi seçkilərə qatılır. 37 yaşlı Ronaldinyo Minas-Jerays ştatında mübarizə aparmalı olacaq.

15-12-2017, 08:42



Fikirlər