Dərsdə sinif yoldaşının boğazını kəsdi - İŞİD-in videolarını izlədiyi ortaya çıxdı

Dərsdə sinif yoldaşının boğazını kəsdi - İŞİD-in videolarını izlədiyi ortaya çıxdı


Film iki uşağın sonunu gətirib.
Hadisə Türkiyədə, "Bazar fənn liseyi"ndə baş verib. 9b sinfində tarix dərsində B.K. birdən cibindən çıxardığı bıçaqla ön sırada oturan dostu Əmir Taşı boynundan bıçaqlayıb, sonra aşağı mərtəbəyə düşərək bıçağı öz boynuna sancıb. Əmir Taş xəstəxanada həyatını itirərkən, ağır yaralanan B.K. isə nəzarət altına alınıb. Müalicəsi başa çatan B.K. həbs olunub.


Dindirmə zamanı B.K.-nın qorxulu filmi seriyası olan "Mişar" oynunun alüdəçisi olduğu ortaya çıxıb. B.K. hissələri keçmək üçün qarşısına çıxan hər şeyi və insanı mişar ilə kəsməyə yönümlü oyunun xarakterinə aid maskaları taxaraq çəkdiyi fotoları sosial media hesabından da paylaşıb. Hadisəni törədən məktəblinin şagirdlər arasında yaradılan söhbət qrupuna hadisədən bir gün əvvəl "Hazırlaşmayın, imtahan təxirə salınacaq" yazdığı görülüb. Dostlarının israrlı suallarını cavabsız qoyan B.K.-nın söhbət əsnasında "Mən gələcəkdən gəlirəm" cavabı verməsi diqqəti çəkib. Hadisə günü səhər saat 05.35-də "qandan təsirlənən, qorxan varmı?" paylaşımı aparan məktəblinin 07.16-da gəldiyi məktəbin fotoşəkilini çəkərək qrupda olduğu müəyyənləşdirilib.

Artıq onun barəsində aparılan istintaq tamamlanıb. Cinayət işində müttəhimin 15 yaşını doldurmamış olmasını göz önünə alan prokuror onun üçün vəhşi hislə adam öldürmək cinayətindən 15 ilə qədər həbsini istəyib. B.

K.-nın Rizə Ağır Cəza Məhkəməsində mühakimə olunmasına başlanıb. O, məhkəməyə məhbus olduğu Ərzurum E Tipi Qapalı Həbsxanasından səs və görüntü sistemi ilə bağlanıb. Məhkəmə iclasında Əmir Taşın atası Cahan Taş da iştirak edib. İclasda ifadə verən B.K. psixologiyasının zərər gördüyünü və intihar etməyə qərar verdiyini bildirərək "O gün intihar edəcəkdim. Əmir mənə küfr etdiyi üçün onu yaralamaq istədim. Qarşımda oturmuşdu. Bir dəfə bıçağı boynuna soxdum. Ailəsindən çox üzr istəyirəm. Kaş bu hadisə olmasaydı. Peşmanam" deyib.

İclasda şahidlər dinlənilib. B.K.-nın sinif yoldaşı İ.T. hadisə günü B.K.-nın özünü öldürəcəyini bildirdiyini, ancaq zarafat etdiyini güman etdiklərini bildirərək "Hadisədən əvvəl mənə mesaj atdı və sinifdən çıxmağımı istədi. Mən üzümü yuyanda bu hadisə oldu" istiqamətində ifadə verib.

Sinif yoldaşı G.K.-da onun internetdə insan öldürmə video materiallarını izlədiyini gördüyünü bildirərək "4 dəfə İŞİD üzvlərinin baş kəsmə videosunu izlədiyini və "of, super" deyə şərh etdiyinə şahid oldum" deyib.

İclasda Əmir Taşın atası Cahan Taş isə oğlunun söyüş söyməyi bacarmadığını deyərək mərhumu müdafiə edib, B.K.-nın yalan söylədiyini irəli sürüb.

Məhkəmə prosesi 29 dekabr tarixinə təxirə salınıb.

GoldNews.Az

14-12-2017, 09:39



Fikirlər