Azərbaycanda küçədə öldürülən oğlan tələbə imiş

Azərbaycanda küçədə öldürülən oğlan tələbə imiş


Bu gün Ağdaşda öldürülən yeniyetmənin adı məlum olub.

Ağdaş Dövlət Humanitar Kollecindən verilən məlumata görə, qətlə yetirilən şəxs kollecin 2-ci kurs tələbəsi Ətraf Nəsibovdur. O, bu gün saat 10:00 radələrində bıçaqlanıb və hadisə kollecin ərazisindən kənarda baş verib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Ağdaşda qətl hadisəsi baş verib.

Hadisə bu gün 10.30 radələrində Ağdaş şəhərindəki Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.

16-17 yaşlarında olan oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

Onun meyiti müayinə olunmaq üçün Ağdaş morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil.

Mənbə: lent.az

14-12-2017, 09:32



Fikirlər