Azərbaycanın ilk olimpiya medalı qazanmış qadın güləşçisi

Azərbaycanın ilk olimpiya medalı qazanmış qadın güləşçisi“Atam mənə həmişə bildirib ki...”.

London olimpiadasının gümüş medalını qazanan Azərbaycan yığmasının güləşçisi Mariya Stadnik müsahibə verib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının yeni layihəsi olan “Təkbətək söhbət” rubrikasının növbəti qonağı qadın güləşçilərdən ibarət millimizin üzvü Mariya Stadnik (48 kq) olub.

Qeyd edək ki, Mariya Stadnik 1988-ci il iyunun 3-də Lvovda (Ukrayna) dünyaya gəlib. Pəhləvan 2008-ci ilin avqustunda Pekində keçirilən olimpiya oyunlarında 48 kq çəki dərəcəsində qazaxıstanlı rəqibi Tatyana Bokatyuku 6-0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub. 2012-ci ildə London olimpiadasının gümüş medalını qazanan Mariya, Pekin olimpiya oyunlarının gümüş mükafatçısı Andrey Stadnikin həyat yoldaşıdır. O, Azərbaycanın ilk olimpiya medalı qazanmış qadın güləşçisidir.

6-01-2015, 19:17



Fikirlər