Sosial şəbəkəyə görə qızını döydü, başını qırxdı - VİDEO - FOTO

Sosial şəbəkəyə görə qızını döydü, başını qırxdı - VİDEO - FOTO


33 yaşlı amerikalı Aleks Harrisonun çəkildiyi video sosial şəbəkələrdə yayılandan sonra o, həbs olunub. Harrison qızını vəhşicəsinə döyməkdə, uşaqlarla qəddar davranmaqda suçlanır.

Realnews.Az ABC-yə istinadən bildirir ki, qızına kəmərlə 50 zərbə endirəndən sonra A.Harrison hıçqıran və qışqıran övladını kameraya baxmağa vadar edib.

Qızını döydüyü anların videosunu çəkəndən sonra A.Harrison bu videonu Facebook və Snapchat-dakı profillərində paylaşıb.

Videonun əvvəlində A.Harrison deyir: "O, böyümək, böyük görünmək istəyir. Snapchat-da tərbiyəsiz videolarını paylaşır. Mən indi ona göstərərəm Snapchat nə deməkdir".

Luiziana ştatındakı Ferridey şəhərində yaşayan ata bunu deyəndən sonra 14 yaşlı qızını döyməyə başlayır.

Daha sonra o, qızını zorla qonşu otağa apararaq yeniyetmənin başını qırxıb.

13-12-2017, 08:42



Fikirlər