Bakıda avtomobil piyadanı vurdu

Bakıda avtomobil piyadanı vurduHadisə piyada keçidinin altında baş verib.

Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə dünən, yanvarın 5-də, Atəşgah dairəsinin (Komsomol dairəsi kimi tanınan ərazi – red.) yaxınlığında baş verib.

Belə ki, “Daewoo Lanos” markalı avtomobil yolu keçməkdə olan, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş 25-35 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Qəzada diqqəti çəkən digər bir məqam isə hadisənin piyadalar üçün nəzərdə tutulmuş keçidin düz altında baş verməsidir. Belə ki, icazə verilən maksimal hərəkət sürətinin 120 km/s olduğu həmin ərazidə müasir piyada keçidi inşa olunsa da, piyada yolu “dədə-baba” qaydası ilə keçmək istəyib. Bu istəyin nə ilə nəticələndiyi isə artıq hər kəsə məlumdur.

6-01-2015, 19:13



Fikirlər