"Barselona"nı məğlub edən tapılmır

"Barselona"nı məğlub edən tapılmır


İspaniya La Liqasının 15-ci turunda "Vilyareal"ın qonağı olan "Barselona" 2:0 hesablı qələbə qazanıb.

Realnews.Az goal.az-a istinadən xəbər verir ki, katalon klubu Primerada məğlubiyyətsiz oyunların sayını 21-ə yüksəldib. Bunların 18-də qalib gələn "Barselona", 3 dəfə heç-heçə edib. Analoji nəticə La Liqanın tarixində ən uzun məğlubiyyətsizlik seriyasıdır. Komanda sonuncu dəfə 2016/17 mövsümünün 31-ci turunda "Malaqa"ya uduzub - 0:2.

"Vilyareal" isə artıq 17 oyundur ki, katalonları məğlub edə bilmir (12 məğlubiyyət, 5 heç-heçə). "Sarı sualtı qayıq" yüksək dəstədə heç bir rəqiblə şəxsi oyunlarda bu qədər qələbəyə həsrət qalmayıb.

11-12-2017, 09:05



Fikirlər