Ürəyi zəif olanlar oxumasınlar: ata ilə oğul qəzada parçalandılar

Ürəyi zəif olanlar oxumasınlar: ata ilə oğul qəzada parçalandılarCəlilabadda "Mersedes" yoldan çıxaraq ağaca çırpılıb

14:54

Cəlilabad rayonunda baş vermiş dəhşətli qəzada biri azyaşlı olmaqla 2 nəfər dünyasın dəyişib.

Anspress-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 116-cı km-nin Cəlilabad rayonundan keçən hissəsində baş verib. Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Mahmudov Ziya Mirhicaz oğlu idarə etdiyi "Mersedes" markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Sürücünün idarəetməsindən çıxan avtomobil ilk öncə ağaca çırpılıb, daha sonra iki hissəyə parçalanmış avtomobilin bir hissəsi digərindən 20 metr kənara yuvarlanıb.

Qəza nəticəsində avtomobilin sürücüsü və adı hələlik məlum olmayan bir azyaşlı uşaq dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər Masallı rayon sakinləri, 11 yaşlı Əkbərov Nihad Tehran oğlu və 44 yaşlı Mahmudov Şahin Mirhicaz oğlu müxtəlif bədən xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, yaralılardan azyaşlı Nihad Əkbərovun vəziyyəti ağır olduğu üçün paytaxta gətirilib. İlkin ehtimala görə, qəzaya sürücün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

----------
14:35

Bakı-Astara yolunda dəhşətli yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Masallı rayonunun ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobilin qəzaya uğraması nəticəsində maşında sağ qalan olmayıb.

Qəza zamanı maşın parça-parça olub. Avtomobildə olanların kimlikləri barədə məlumat olmasa da, onların ata və oğul olduqları qeyd edilir. Zərbənin təsirindən meyitlər tanınmaz hala düşüblər.

Dəhşətli qəzanın şəkillərini təqdim edirik.

4-01-2015, 19:09



Fikirlər