center] Xarici valyuta ilə kreditlərə məhdudiyyət qoyulması təklif edilir

[center]center] Xarici valyuta ilə kreditlərə məhdudiyyət qoyulması təklif edilir[/
Banklar tərəfdən kreditlərin xarici valyuta ilə təklifinə müəyyən məhdudiyyətlər tətbiq edilməlidir.

Milli.Az xəbər verir ki, belə bir təkliflə iqtisadçı-ekspert Pərviz Heydərov çıxış edib.
Onun sözlərinə görə, aydındır ki, banklar üçün manatla kredit verməkdənsə, onu xarici valyuta ilə təklif etmək daha sərfəlidir: "Çünki bu, əvvəla, onların vəsaitlərinin çox hissəsinin hələ əhali əmanətlərini manatdan xarici valyutaya konvertasiya etməmişdən öncə də sözügedən pul vahidiylə təşkil etməsi səbəbindən irəli gəlirdi. İkincisi də, nəzərə alsaq ki, bankların əsas gəlir mənbəyini istehlak kreditləri təşkil edir - onların alışını maliyyələşdirdikləri malların da demək olar, hamısı xarici valyuta ilə alınıb gətirilir. Üçüncüsü isə, devalvasiyadan sonra manatla kredit vermək ümumiyyətlə riskli məsələdir. Odur ki, bankları əslində, qınamaq da mümkün deyil".

İqtisadçı hesab edir ki, vəziyyəti aradan qaldırmağın isə 2 əsas yolu vardır: "Ya Mərkəzi Bank (AMB) tərəfdən banklar kifayət qədər ucuz manat vəsaitləri ilə təmin edilməlidir, ya da inzibati qadağalar tədbiq edilməlidir. Birincisi mümkün deyil. Ona görə ki, AMB manatın məzənnəsi ilə bağlı yaranmış real situasiya ilə əlaqədar mərkəzi kreditləşdirmə üzrə faiz - uçot dərəcəsini hazırda qaldırmaq məcburiyyəti qarşısında qalıb. Odur ki, qalır təkcə ikinci yol. Belə ki, dollarla kredit vəsaitlərinin ya olduqca aşağı faizlə təklif olunması üçün limit qoyulmalıdır, yaxud da ümumiyyətlə, xarici valyuta ilə borc təklifləri müəyyən müddətə dayandırılmalıdır. Başqa sözlə desək, qadağan olunmalıdır. Hesab edirəm ki, dollarla depozit cəlbini məhdudlaşdırmaq məqsədilə onun sığortalanan hissəsi üzrə faiz dərəcəsinin 3%-ə endirilməsi kimi bu da real şəraitdə kifayət qədər effektli tədbir ola bilər".

1-04-2016, 09:40



Fikirlər