Xanım nazir sevgisinin güdazına getdi

Xanım nazir sevgisinin güdazına getdi

İtaliyanın iqtisadiyyat naziri Federika Quidi istefa verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, 47 yaşlı xanım nazirin istefasına səbəb sevgilisinin maraqlarına uyğun bir qanunun məclisdə qəbul edilməsini təmin etməsi olub.

Təxminən 2 ildir Matteo Renzi hökumətində nazir postunu tutan Quidinin qanunsuz əməli İtaliyanın enerji nəhəngi "Eni"nin Bazilikata regionundakı təsislərində qeyri-qanuni tullantı ticarəti ilə bağlı aparılan istintaq zamanı ortaya çıxıb.

İtaliya mətbuatındakı xəbərlərə görə, istintaq zamanı 23 şəxs dindirilib. Dindirilən şəxslər arasında Federika Quidinin sevgilisi, iş adamı Canluka Qemelli də olub.

Araşdırma zamanı məlum olub ki, ötən ilin dekabrında Qemelli nazir sevgilisindən öz maraqlarına xidmət edəcək bir qanun dəyişikliyinin parlamentdə qəbul edilməsini istəyib. Nazir Quidi də qanunun qəbul ediləcəyi ilə bağlı sevgilisinə söz verib, hətta konstitusiya islahatı naziri Maria Elena Boşiyi də bu mövzuda razı salıb.

Qanunun dəyişdirilməsinə nail olan Qemelli 2,5 milyon dollar gəlir əldə edib.

1-04-2016, 09:37



Fikirlər