Lənkəran rayonunun inkişafı göz önündədir

Lənkəran rayonunun inkişafı göz önündədir















Lənkəran rayonu, İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun rəhbərliyi ilə günü–gündən dəyişir, daha da gözəlləşir və müasirləşir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti sayəsində ölkənin bütün bölgələri kimi, Lənkəran da sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanır. Lənkəranda tikinti, quruculuq və abadlıq işlərinə böyük diqqət ayrılır.

Rayon İcra Hakimiyyətinin başçısı Taleh müəllimin səmərəli idarəetmə təcrübəsi və əlbəttə ki, lənkəranlıların özlərinin zəhmətsevərliyi sayəsində rayonda böyük tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb, infrastruktur dinamik inkişaf etməkdədir.

Məhz bu işlərin nəticəsidir ki şəhərin siması xeyli dəyişib, gözəlləşib. Lənkəranda aparılan işlər rayona gələn qonaqların da diqqətindən yayınmır. Həyata keçirilən iri infrastruktur layihələri, yeni istifadəyə verilən mədəni-sosial obyektlər, yatırılan sərmayələr bu rayona dövlət qayğısının bariz nümunəsidir. Necə deyərlər, min eşitməkdənsə bir görmək yaxşıdır.
Lnkəranda həyat səhər saatlarından canlanır. Hələ hava işıqlanmadan kommunal təsərrüfat və istehsalat birliyinin işçiləri prospekt və küçələrdə təmişlik işlərini başa çatdırır. Az keçməmiş həyat qaynamağa başlayır. İşə tələsən kim, səfərə gedən kim. Mağaza və digər ictimai iaşə obyektlər sakinlərin üzünə açılır.

Lənkəran rayonunda gedən inkişaf elə ilk baxışdan diqqəti cəlb edir. Şəhərin mərkəzində ucaldılan möhətəşəm üçrəngli bayraq isə şəhərə xüsusi gözəllik verir. Söz yox ki, şəhəri gözəl göstərən digər amil onun yollarıdır. Lənkəran şəhərində demək olar ki bütün yollar asfaltlanıb. Bundan əlavə, mərkəzi küçələrdə hərəkətin ikizolaqlı olması gediş-gəlişi asanlaşdırmaqla yanaşı şəhərə xüsusi yaraşıq verir. Yol kənarlarında salınmış yaşıllıqlar göz oxşayır. Yaşıllıqlar vaxtaşırı suvarılır və onlara xüsusi qulluq olunur. Müasir standardlara uyğun işıq dirəkləri quraşdırılıb. Mərkəzi prospekt və küçələrin yaxınlığındakı evlərin dam örtüyü, qapıları, fasad hissəsi dövlət vəsaiti hesabına və rayonun memarlıq üslubunu qorumaqla yenilənib. Bütün bu yeniliklər sakinlərin də ürəyincədir.

Dövlət sosial müdafiə fondu və statistika komitəsinin yerli şöbələri, təhsil şöbəsi və bir sıra mədəni-sosial obyetklər üçün yeni binalar tikilib istifadəyə verilib. Bu isə əhaliyə yüksək keyfiyyətli xidmət göstərilməsinə imkan verir.

Gənclərin asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzindədir. Onların maarifləndirilməsi, təlim-tərbiyəsi, təhsili, sağlamlığı qarşıda duran əsas vəzifələrdəndir. Bu istiqamətdə rayonda bir-sıra məqsədyönlü işlər həyata keçirilib. Bu işlərdən ən yadda qalanı Olimpiya İdman Kompleksinin gənclərin istifadəsində olmasıdır.

Lənkəran rayonunda diqqət çəkən əsas məqamlardan biri də şəhərdə yeni parkların salınması, mövcud parkların yenidən qurulmasıdır. Burada parklar xüsusi zövqlə bəzədilib. Parklarda insanların rahat dincəlib istirahət edə bilmələri üçün hər bir şərait yaradılıb. Heydər Əliyev parkı və digər istirahət məkənları şəhər sakinlərinin asudə vaxtlarında ən çox üz tutduğu yerlərdir.

Mənzərə Məmmədova

7-03-2016, 12:16



Fikirlər