Saakaşvili maaşının artırılmasına etiraz etdi

Saakaşvili maaşının artırılmasına etiraz etdi

Ukraynanın Odessa vilayətinin qubernator, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili maaşının artırılmasına etiraz edib.

Teref.info-nun yazdığına görə, Saakaşvili bu barədə Facebook sosial şəbəkəsində yazıb:

“Bu gün əmək haqqımın artırılması barədə məlumat aldım. Bu məni çox təəccübləndirdi. Hesab edirəm ki, Ukraynada məmurlar gördükləri işə görə layiqli əmək haqqı almalıdırlar, lakin nə mən, nə də ki mənim komandam burada pul üçün işləmirik. Bizim burada olmağımızın əsas səbəbi ölkənin gələcəyini daha parlaq etməkdir. Bu qərar mənim xəbərim olmadan qəbul olunub, mən heç vaxt adi işçilərin özlərinə bir qarın çörək almağa imkanları olmadığı ölkədə, öz əmək haqqımı qaldırmağa icazə verməzdim. Bu qərarı ləğv edirəm və günahkarlar mütləq cəzalandırılacaqlar”.

17-02-2016, 14:18



Fikirlər