MTRŞ-nın xərclədiyi 11 milyon - Hansı seriallar çəkilib?

MTRŞ-nın xərclədiyi 11 milyon - Hansı seriallar çəkilib?

Milli Televiziya və Radio Şurası televiziyalara ayrılan 11 milyon manat vəsaitin hara xərcləndiyini və hansı serialların çəkildiyini açıqlayıb.

Qurumun aparat rəhbəri Toğrul Məmmədov AzVision.az -a bildirib ki, televiziyalar üçün ilk olaraq ayrılan 5 milyon manata 20 milli serial çəkilib.

Bunlar “Pərvanələrin rəqsi”, “Sirr”, “Son hədd”, “Xoca”, “Ağabəyovlar”, “Satko”, “Cavanlıq”, “Dostlar”, “Muradına çatan günəş”, “Cənnətə səyahət”, “Tək olanda qorxma” , “Həyat varsa”, “Qaynana”, “Bir kəndin sevinci”, “Sonun başlanğıcı”, “Ayrılıq son deyil”, “Döngələr qaranlıq”, “Qara babam”, “Xoş təsadüf” serialları çəkilib.

Aparat rəhbəri onu da qeyd edib ki, büdcədən ikinci dəfə ayrılan 6 milyon vəsaitə isə 23 milli serial-film çəkilib.

Bunlar “Çaqqal nəfəsi”, “Toy gecəsi”, “Həyat çiçəyi”, “Aydın”, “Qız yükü”, “Fatma”, “Fatma 2”, “Abşeron”, “Qisas”, “Durnalar qayıdanda”, “Tufanlı səma”, “Tək olanda qorxma”, “Oğurlanmış arzular”, “Üç bacı”, “Həyat, sən nə qəribəsən”, “Sənə inanıram”, “Cehizsiz gəlin”, “Əli və Nino”, “Səndən sonra”, “Hippokrant andı”, “Əhməd haradadır?”, “Kolxoz 85”, “Sənsiz” seriallardır.

“Xarici ölkələrə nəzər salsaq görərik ki, bir serialın çəklişi neçəyə başa gəlir. Amma bizdə aşağı vəsaitlə kifayət qədər serial çəkilib. Ümumlikdə, 43 milli kino seriallar çəkilib. Düzdür, MTRŞ bunların hamsını maliyyələşdirməyib. Məsələn, Xəzər Televiziyasında efirdə gedən “Aramızda qalsın”, “Qaynana”, “Həyat varsa”, “Sonun başlanğıcı” seraillarının müəyyən hissəsini maliyyələşdirilib.

Ümumilikdə 43-dən çox serial çəkilib. Maliyyə vəsaiti ayrılmış bir neçə serial var ki, müqavilə şərtlərinə uyğun olaraq onların istehsal müdəti uzadılıb. Cari il ərzində onlar da yayımlanacaq”.

Növbəti illərdə televiziyalara yenidən vəsaitin ayrılması ilə bağlı məsələyə münasibət bildirən MTRŞ rəsmisi bunun reallaşacağını istisna etməyib.

“ANS telekanalında çəkilmiş “Abşeron” serialı ilə bağlı məsələ hazırda məhkəmədədir. Serialla bağlı 200 min vəsaitin ayrılması ilə bağlı qərar qəbul olunub. Vəsaitin 160 min manatı köçürülüb. İkinci mərhələdə isə vəsait 3 dəfəyə köçürülməli idi. İlk olaraq seriala ayrılmış vəsaitin 30%-i, hesabat tədqim edildikdən sonra 50%-i, sonda isə 20%-nin köçürülməsi nəzərdə tutulmuşdu.

Lakin ANS-lə müqavilə bitdikdən sonra “Sevgi naminə” adlı serial təqdim edildi. Müqavilə müddəti ərzində adın dəyişdirilməsi və ya mövzunun dəyişdirilməsi ilə bağlı bizə müracət olunmayıb. Müqavilə müddəti bitdikdən sonra mövzu dəyişdirilib. Bu da Şura tərəfindən qəbul olunmayıb. ANS tərəfindən “Sevgi naminə” serialı dəyişdirilərək “Abşeron” adı ilə təqdim olunub. Hətta 2014-cü ilin dekabrına dair ANS tərəfindən təqdim edilən sənəddə eyni tarixdə direktor tərəfindən təsdiq olunmuş “Abşeron” serialına görə iki smeta dəyəri var. Bundan başqa İctimai televiziya ilə bağlı məsələ də məhkəmədədir. Hazırda televiziyalara serial çəkilişi ilə bağlı hələ ki, heç bir təklif verilməyib”-deyə T.Məmmədov bildirib.

17-02-2016, 14:14



Fikirlər