Dövlət Statistika Komitəsində Apellyasiya Şurası yaradılıb

Dövlət Statistika Komitəsində Apellyasiya Şurası yaradılıb

Dövlət Statistika Komitəsində Apelkyasiya Şurası yaradılıb. Dövlət Statistika Komitəsindən “Unikal”a verilən məlumata görə, komitə sədri Tahir Budaqovun 11 fevral 2016-cı il tarixli əmri ilə Apellyasiya Şurası, Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.
Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apellyasiya Şurasına Komitə sədrinin birinci müavini Vahab Məmmədov sədr təyin edilib.
Apellyasiya Şurasının və onun Katibliyinin tərkibinə Komitənin aidiyyəti struktur bölmələrinin məsul vəzifəli əməkdaşları daxildir. Komitənin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev, Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov, Ticarət statistikası şöbəsinin müdiri Aida İbrahimova, Sənaye və tikinti statistikası şöbəsinin müdiri Hacıbala Dadaşov, Kənd təsərrüfatı statistikası şöbəsi müdirinin müavini Gündüz Məmmədov Şuranın üzvü təyin olunublar.
Apellyasiya Şurasının Katibliyinin rəhbəri vəzifəsinə Ümumi şöbənin müdiri Viktoriya Muradova, üzvləri İnsan resursları və hüquqi təminat sektorunun baş məsləhətçi-hüquqşünası Vüsalə Alıyeva, Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin Müəssisələr statistikası sektorunun baş məsləhətçisi Səbinə Dadaşova təyin edilib.
Apellyasiya Şurası Bakı şəhəri İnşaatçılar prospekti 81 ünvanında - Dövlət Statistika Komitəsinin inzibati binasında fəaliyyət göstərəcək.
Hüseyn

16-02-2016, 10:52



Fikirlər