Sabirabadda M.Ə.Sabir adına 1 saylı məktəbdə 1-ci qrup əlilin övladı müəllim tərəfdən döyüldü

Sabirabadda M.Ə.Sabir adına 1 saylı məktəbdə 1-ci qrup əlilin övladı müəllim tərəfdən döyüldü


Sabirabadda M.Ə.Sabir adına 1 saylı məktəbdə 1-ci qrup əlilin övladı müəllim tərəfdən döyüldüSabirabad rayonunu M.Ə.Sabir adına 1 saylı məktəbdə müəllim şagirdi döyüb.Onuda qeyd edək ki,döyülən şagirdin valideyni 1 ci qrup əlildi.
BakuPress.Az xəbər verir ki,redaksiyaya daxil olan şikayət və şəkildə aydın görünür ki, Sabirabadda yerləşən 1 saylı orta məktəbdə Zeynəbxanım adlı müəllimə dərsdə şagirdlərin gözü qarşısında şagirdi döyüb və üzünü cırıb.
Dərhal məsələ ilə bağlı araşdırma apardıq.Rayon icra başçısının müavinləri Həsən müəllim və Şahnaz xanımla əlaqə saxladıq baş vermiş hadisə barəsində məlumat verdik.M.Ə.Sabir adına 1 saylı orta məktəbin direktoru Sevinc xanımla telefon əlaqəsi saxladıq və hadisə haqqında məlumatıı bildirdikdə Sevinc xanım maraqlı bir ifadə işlətdiki,şagird testi bilərəkdən səhv yazıdığı üçün müəllim tərəfdən cəzalanıb.Bu arada belə bir sual verdiki,ey hörmətli direktor pedaqoq dediyiniz ixtisas sahibinə şagirdi döymək ixtiyarını kim verib? Bir anlıq yadıma atalar misalı düşdü elçisi gülüm olanın başına külüm olar...Direktor bu cür açıqlama verirse daha müəllimdən nə gözləyək?
Məsələ ilə bağlı Sabirabad rayonu icra hakimiyyəti və təhsil şöbəsi araşdırma aparır. Maraqlıdı bölgələrdə təhsilin səviyyəsi onsuz bərbaddı hələ üstəlik müəllimlərin pedaqoq etikasından da xəbəri yoxdur.Çox istərdik ki,bu məsələyə cənab nazirimiz Mikayıl Cabbarov diqqət eləsin,bölgələrdə təhsilin həm keyfiyyəti həm müəllim davranışı günü gündən aşağı düşür.Birinci qrup əlil atanın övladının alçaldılaraq döyülüb qəlbinin qıran müəllim sabah Azərbaycan vətəndaşının gələcəyə inamının sınmasıdır.
Araşdırma aparılır qarşı tərəfin mövqeyini dinləməyə hazırıq...Bizi izləyin...

P.S.Məlumat üçün bildirək ki, bir müddət əvvəl Sabirabad şəhərindəki Sabir adına 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayeva dələduzluğa görə, hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Hazırda keçmiş məktəb direktorunun cinayət işini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi araşdırır.

Şəfəq Ağacan

11-02-2016, 11:46



Fikirlər