Anonoim məktublar yazdıran dövlət məmuru

Anonoim məktublar yazdıran dövlət məmuru

Şöbə müdiri Ramiz Qədirov onun sözünə qulaq asmayanları donosbazlıqla şərləyir

Ağdam İcra Hakimiyyətində dərəbəylik hökm sürür. Bu dərəbəyliyin əsas təzahürlərindən biri isə şöbə müdirinin çıxdığı oyunlardır.

Demokratiya.info xəbər verir ki, Ağdam rayon İcra Hakimiyyetinin Sənədlərlə və vətəndaşlarların müraciətləri ilə iş şöbəsinin müdiri Ramiz Qədirov sözün həqiqi mənasında onunla hesablaşmayanları qəribə üsullarla cəzalandırır. Məlumatlara görə, əvvəllər icra nümayəndəsi olsa da, sabiq icra başçısı Nizami Sadıqov tərəfindən vəzifəyə təyin olunan Qədirov, sonradan hamıya etdiyi hərəkəti ona da edib.

Bildirilir ki, Sadıqov onu bu vəzifəyə təyin edərkən yaxın qohumları icra başçısının evinə gələrək, ona irad tutmuşdular. Bildirmişdilər ki, Ramiz Qədirovun belə mühüm posta təyin olunması yanlışlıqdır və o, tez bir zamanda onun özünü də satacaq. Amma Nizami Sadıqov bütün hallarda sözügedən şəxsi müdafiə edərək, hazırkı məqamda ona belə kadrın lazım olduğunu vurğulamışdı.

TEREF.İNFO yazır ki,demokratiya.info-nun əldə etdiyi məlumata görə, sabiq icra başçısı işlədiyi müddətdə Ramiz Qədirova xüsusi diqqət göstərərək, onun qayğısına da qalıb. Lakin o işdən çıxdıqdan sonra şakərindən əl çəkməyən şöbə müdiri sabiq icra başçısına da asi olub. Belə ki, bir müddət əvvəl Ağdamda yas mərasimlərindən birində İcra Hakimiyyətinin işçiləri Nizami Sadıqovla qarşılaşıblar. Onunla görüşüb, keyf-əhval da tutublar. Təkcə, Ramiz Qədirovdan başqa. O, ümumiyyətlə Nizami Sadıqova yaxın getməyib. Gedənləri isə qınayıb.

Deyilənlərə görə, Ramiz Qədirov indii də yeni missiyaya girişib. Onunla hesablaşmayan məmurları cəzalandırmaq üçün fərqli vasitələrə əl atan şöbə müdirinin əsas «silahı» isə anonim məktub yazdırmaqdır. Belə ki, o, onunla hesablaşmayan məmurlarla bağlı icra başçısına gah yalan məlumatlar ötürür, gah da haqlarında yuxarı instansiyalara yalan dolu anonim məktublar yazdırır.

Qarşı tərəfi də dinləməyə hazırıq.

11-02-2016, 11:11



Fikirlər