İbrahim Cəfərov - 60 - TƏBRİK

İbrahim Cəfərov - 60 - TƏBRİK

Bu ay dəyərli alim, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov 60 illik yubileyini qeyd edir.

Cəfərov İbrahim Həsən oğlu 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olmuşdur. 1974-1976-cı illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutda tələbə olmuş, «Bitki mühafizəsi» fakültəsini bitirmişdir. 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası «Fitopatologiya» kafedrasının əyani aspirantı olmuşdur. 2014-cü ildə AMEA-nın müxbir üzvi seçilmişdir.
Elmi fəaliyyəti:

3 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (protokol № 2/1) kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilmişdir.

18 yanvar 1989-cu ildə keçmiş SSRİ Aqrar Sənaye Komitəsinin 372 saylı göndərişi ilə AKTİ-nin fitopatologiya və immunitet kafedrasına assistent təyin edilmişdir.

04 iyul 1992-ci ildən dosent əvəzi vəzifəsinə təyin edilmişdir.

13 yanvar 1994-cü ildəAzərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (protokol №10) dosent elmi adı verilmişdir.

1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük fakül¬təsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işlə¬mişdir.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə etmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı (protokol №12-R) ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilmişdir.

17 sentyabr 2007-ci ildən AKTA-nın Elmi Şurasının qərarı (protokol №1) ilə Bitkiçilik və bitki mühafizəsi kafedrasının professor əvəzi vəzifəsində işləyir.

3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir.

2000-ci ildən Gəncə şəhərində əvvəlcə 39, sonra 38 saylı Dairə Seçki Komissiyasının sədri vəzifəsində işləyir.

Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.

Biz də redaksiyamız adından dəyərli və gözəl insan olan İbrahim Müəllimi təbrik edirik. Ona həyatda ən vacib olan can sağlığı və uğurlu fəalliyətinin davamını arzu edirik.

15-01-2016, 16:53



Fikirlər