Ukrayna daha bir şok yaşadı

Ukrayna daha bir şok yaşadı Ölkənin ən böyük nüvə stansiyasında qəza baş verib

Ukraynada ölkənin ən böyük nüvə stansiyasında baş verən qəzanın ardından reaktorlardan biri bağlanılıb.

Anspress-in məlumatına görə, Avropanın ən böyük, dünyanın isə beşinci böyük nüvə stansiyasında baş verən qəzaya səbəb elektrik naqillərində yaranan qısaqapanma göstərilib.

Ukrayna rəsmiləri Zaporojye bölgəsində radiasiya səviyyəsinin normal səviyyədə olduğunu bildiriblər.

Ukrayna baş naziri Arseni Yatsenyuk nüvə stansiyasında baş verən qəza ilə bağlı nazirlərdən hesabat tələb edib.

29-12-2014, 20:18



Fikirlər