İlham Əliyev Əhməd Davudoğlu ilə görüşür

İlham Əliyev Əhməd Davudoğlu ilə görüşür

İlham Əliyev Əhməd Davudoğlu ilə görüşürDekabrın 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Baş nazir Əhməd Davudoğlunun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlunu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verib.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyənin Baş naziri Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Baş nazir Əhməd Davudoğluna, Türkiyənin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Türkiyə Baş nazirinin qarşısından keçib.

Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu rəsmi foto çəkdiriblər.

4-12-2015, 11:41



Fikirlər