Azərbaycanda 2 qəzada 5 nəfər yaralandı

Azərbaycanda 2 qəzada 5 nəfər yaralandıQazax və Ağstafa rayonlarında yol qəzaları olub, xəsarət alanlar var

RealNews.az Kəpəz TV-yə istinadən bildirir ki, ötən gecə Qazaxda iki avtomobil toqquşub. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ 21-011" və "Volkswagen" markalı avtomaşınların toqquşması nəticəsində 3 nəfər - Qazax rayon sakinləri, Abdulla Əvəzov, Vüsal Məmmədov və Niyaz Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlər onların vəziyyətini kafi qiymətləndirirlər. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya öz yolu ilə hərəkətdə olan VAZ-ın yoluna çıxan "Volkswagen" səbəb olub.

Daha bir yol nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Ağstafa rayonu ərazisində baş verib. Sürətlə idarə olunan "VAZ 21-014" rayonun girişindəki dairəyə çırpılıb. Nəticədə avtomobildə olan sürücü və sərnişin yüngül xəsarət alaraq ambulator müalicəyə göndəriliblər. Qəza zamanı avtomobilə və onun çırpıldığı dairəyə xeyli ziyan dəyib. Hər iki qəza ilə bağlı araşdırma aparılır.

29-12-2014, 20:06



Fikirlər