QMİ-dən məscid açıqlaması

QMİ-dən məscid açıqlaması"Heydər" məscidinə axund, imam vəzifələrinə heç bir təyinat olmayıb.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) "Heydər" məscidinə təyinatlar barədə yayılan məlumatları təkzib edib.

Qafqaz Müsəlmanları İdarəsindən ANS PRESS-ə verilən açıqlamada bildiridi ki, "Heydər" məscidinə axund, imam vəzifələrinə heç bir təyinat olmayıb:

"Yayılan informasiyalar həqiqətəuyğun deyil. Ehtimal ki, bu dezinformasiya həmin mövqeyə iddialı olan maraqlı qüvvələr tərəfindən məqsədyönlü şəkildə yayılan təxribatdır. QMİ Qazılar Şurasının təqdimatı və İdarə sədrinin müvafiq əmri olduqdan sonra bu məsələ barədə elan edilə bilər".

27-12-2014, 22:33



Fikirlər