Prezident Dövlət Proqramını təsdiq etdi

Prezident Dövlət Proqramını təsdiq etdiNazirlər Kabinetinə tapşırıq verilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

İqtisadiyyat və Sənaye Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Proqramın icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

26-12-2014, 22:08



Fikirlər