Məhkəmə sədrinə qarşı 60 min manatlıq rüşvət İDDİASI

Məhkəmə sədrinə qarşı 60 min manatlıq rüşvət İDDİASI

Almaniyada bir neçə gün əvvəl İnterpol tərəfindən saxlanılan Təfəkkül Universitetinin filial rektoru Riyad Əliyev sərbəst buraxılandan sonra yüksək vəzifəli şəxslər barəsində ifşaedici məlumatlar və videolar yayır. Onun bu dəfə hədəfi Abşeron rayon Məhkəməsinin sədri Əşir Səmədovdur.

Criminal.az-a daxil olan məlumatda deyilir ki, barəsində cinayət işi olduğundan ölkədən kənara çıxmasına qoyulmuş qadağanı götürmək üçün R.Əliyev Əşir Səmədova 60 min dollar verib. Məlumatda deyilir ki, R.ƏIliyev Avropaya qaçmaq üçün sərhəddən keçməyinə qoyulmuş məhdudiyyəti aradan qaldırmalı idi. Bunu Abşeron Məhkəməsinin sədri Ə.Səmədovun köməkliyi ilə edib. Şərti cəzası olan R.Əliyev Ə.Səbədova 60 min dollar verdi və saxta xəstəlik arayışı ilə istədiyi qərarı barəsində çıxartdırmağa nail olub.

Hətta saxta xəstəlik arayışı almaq üçün Abşeron rayon Məhkəməsinin icra şöbəsinin icra məmuru Cavad Həsənova 5 min manat rüşvət də verib. Həmin məmur da ''Medcus'' klinikasından xəstəlik sənədləri düzəldib.

Məsələ ilə bağlı Ə.Səmədovun mövqeyini öyrənmək cəhdlərimiz isə baş tutumadı. Gün ərzində məhkəmə sədrinin fikirlərini öyrənməyə çalışacağıq.

Qeyd edək ki, R.Əliyev bir neçə gün əvvəl isə Təfəkkül Universitetinin rektorunun barəsində video yaymışdı.

13-10-2015, 16:17



Fikirlər