Səudiyyə Ərəbistanının neft siyasətinin əziyyətini yerli əhali çəkəcək

 Səudiyyə Ərəbistanının neft siyasətinin əziyyətini yerli əhali çəkəcəkNeft qiymətində müşahidə olan kəskin azalma gələn ilin dövlət büdcəsində ciddi defisitə səbəb olacaq, əhalinin gəlirləri azaldılacaq
Dünyanın əsas neft istehsalçılarından olan Səudiyyə Ərəbistanı gələn il 39 milyard dollar büdcə kəsiri ilə qarşılaşmalı olacaq.



İnterAz-ın "RT"-yə istinadən məlumatına görə, buna səbəb Səudiyyə hökumətinin neft istehsalının həcmində mühafizəkar mövqedən çıxış edərək istehsal həcmini azaltmaması və bu səbəbdən neft qiymətlərinin kəskin şəkildə düşməsidir.



Noyabrda keçirilən OPEC sammitində neft istehsalının həcmini azaltmayacağını elan edən Səudiyyə Ərəbistanı dövlət büdcəsinə dəyən ziyanı əhalinin hesabına ödəyəcək.



Bu barədə dünən dövlət televiziyasında büdcə ilə bağlı rəsmi rəqəmlər açıqlanarkən məlumat verilib. Məlumata əsasən bu nəticəyə gəlmək olar ki, Səudiyyə Ərəbistanı gələn il öz tarixində ən böyük büdcə defisiti ilə qarşılaşacaq.



Ölkənin Maliyyə nazirliyi açıqlayıb ki, hökumət əhalinin əmək haqlarından, müavinətlərdən və pensiyalardan kəsmək yolu ilə bu boşluğu qismən doldurmağa çalışacaq. Ekspertlərin fikrincə, hökumətin bu addımı onsuz da rifah səviyyəsi çox da yüksək olmayan əhalinin dolanışığına olduqca mənfi təsir göstərəcək. Beynəlxalq Valyuta fondunun açıqlamasına görə, əhalinin üçdə iki hissəsi onsuz da, hökumətə aid idarə və müəssisələrdə çalışır.



Bildirək ki, Ərəbistanın 2015-ci il üçün nəzərdə tutulan büdcə xərcləri 229.3 milyard dollar təşkil etdiyi halda mövcud vəsait 190.7 milyard ABŞ dollarına bərabər olacaq.

26-12-2014, 21:13



Fikirlər