Abşeron İcra Hakimiyyətinin işçilərindən vəhşilik: 2000 MANATA GÖRƏ YAŞLI QADININ DİŞİNİ QIRDILAR

Abşeron İcra Hakimiyyətinin işçilərindən vəhşilik: 2000 MANATA GÖRƏ YAŞLI QADININ DİŞİNİ QIRDILAR

Əli adlı şəxs Şahxanım və Şahin Əzizovların evlərini traktorun qabağına verərək, dağıdıb

Şamaxı rayonunda qeydiyyatda olan 1-ci qrup əlil Şahxanım Əzizova və oğlu Şahin Əzizov Abşeron rayon İcra Hakimiyyətinin işçilərinin qanunsuz və qəddar əməli ilə üzləşiblər. JAM.AZ-a məlumat verən Əzizovlar bildirirlər ki, hələ 2014-ci ildə Abşeron rayonunun Güzdek qəsəbəsində bələdiyyənin razılığı və qanuni sənədlərlə Bakı-Samaxı yolunun üzərində yerləşən, Müşfiq qəsəbəsi ərazisindən kecən hissəsindən 2 sot torpaq sahəsi almıblar.

Onların dediyinə görə, həmin ərazidə 3 otaqlı, böyük eyvan, hamam və ayaqyolundan ibarət 1 mərtəbəli ev tikiblər. “Evin tikintisinə başlayarkən Abşeron İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsində çalışan Əli adlı şəxs bizdən 2200 manat pul istədi. Həmin vaxt biz ona 200 manat verdik. O da əvəzində bizə dedi ki, tikinti başa çatdıqdan sonra yerdə qalan 2000 manatı almaq üçün gələcək. Əli adlı həmin şəxs tikinti başa çatandan sonra gəldi və 2000 manatı tələb etməyə başladı. Sonra da dedi ki, əgər pul ödənilməsə evi sökəcək”.

Əzizovlar JAM.AZ-a açıqlamalarında qeyd edirlər ki, həmin vaxt Əliyə pullarının olmadığını və vaxt istədiklərini bildirsələr də, heç bir nəticəsi olmayıb. “Əli adlı şəxs 11.09.2015-cü il tarixdə başının dəstəsi ilə gəldi. 1 ədəd “KON” deyilən traktor ailemin gözü qabagında evimi sokub, viran qoydu. 1-ci qrup əlil olan anamın isə dişini sındırıb, ağzını partlatdılar”.

Şahin Əzizov bildirir ki, 7 azyaşlı uşaq atasıdır. Himayəsində xəstə anası da var. Özü isə işləmir. Evini tikmək üçün kredit götürübmüş. Bundan sonra nə edəcəyini isə bilmir. Ona görə də, dövlət başçısına müraciət edərək, ondan yardım istəyir.

29-09-2015, 09:38



Fikirlər