Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olubHadisə yerinə FHN yanğınsöndürənləri cəlb edilib.

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 900 kv.m olan “Xarı Bülbül” restoranının qazanxanasının yanar konstruksiyaları 6 kv.m sahədə, 3 ədəd elektrik lövhəsi, elektrik kabelləri və sarayın dam örtyü 200 kv.m sahədə yanıb.

Sarayın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

26-12-2014, 21:06



Fikirlər