Amerikalı alim virtual “nüvə düyməsi”ni yaradıb

Amerikalı alim virtual “nüvə düyməsi”ni yaradıbNüvə “göbələyini” seyr etmək olar.

Amerikanın Fizika institutunun (AİP) alimi, nüvə silahı ilə maraqlanan Aleks Vellerşteyn, Nukemap layihəsini yaradıb.

Layihə üzərində işləyən Aleks köhnə hökumət hesabatlarını, riyazi tənlikləri, javascript və API Google-xəritələri öyrənirdi. Nəticədə, dünyanın istənilən şəhərinə nüvə bombası atılarsa hadisələri əyani və yetərincə dəqiqliklə modelləşdirən interaktiv xəritə alınıb, RealNews.az Popmech.ru-ya istinadən xəbər verir.

Google Earth plagini olduqda xəritəni üçölçülü rejimə keçirərək nüvə “göbələyini” seyr etmək mümkündür. Eləcə də standart rejimdə olduğu kimi, nə vaxtsa müxtəlif ölkələriinn arsenalında mövcud olan strateji və ya taktiki nüvə silahlarından istəniləni seçmək olar. Partlayışdan sonra Nukemap seçilmiş silahdan asılı olaraq zədələnmiş zonanı, təzyiqi, radioaktiv yağıntıların tozlanmasını, eləcə də qurbanların və dağıntıların miqyasını hesablayır.

Vellerşteyn vurğulayıb ki, onun istifadə etdiyi informasiya istifadəyə açıqdır və layihədə heç bir məxfi məlumat yoxdur.

25-12-2014, 19:06



Fikirlər