“Parabank”ın sahibinə oğlundan - ŞİKAYƏT

“Parabank”ın sahibinə oğlundan - ŞİKAYƏT

Şirvan şəhər sakini İqbal Mikayılov “Parabank”ın sahibi Eldar Quliyevə müraciət edib.

O, müraciətinin bir nüsxəsini musavat.com-a yollayıb. İ.Mikayılov Eldar Quliyevə xitabən yazır ki, sahib olduğu “İlham” MMC kəndli fermer təsərrüfatının işləri iflic olub: ““Parabank” ASC-nin idarə heyətinin sədri olan oğlunuz Vəli Quliyev tərəfindən 5 aydır süründürməçiliyə məruz qalmışam. Bütün işlərim onun üzündən iflic olub. Mən oğlunuz Vəli Quliyevin sayəsində artıq “İlham” MMC kəndli fermer təsərrüfatını bağlamaq qərarına gəlmişəm. Sahibkar kimi fermer qurduğum təsərrüfatı oğlunuz Vəli Quliyev yarımçiq qoymağıma nail olmaq istəyir. 2015-ci ili ölkə prezidenti İlham Əliyevin kənd təsərrüfatı ili elan edib. Mən də bir vətəndaş olaraq dövlət başçısının bu qərarından ruhlanıb özümə fermer təsərrüfatı yaratmışam. Amma gerçəklik budur ki, oğlunuz bu işlərə pəl vurmağa çalışır”.
Məktub müəllifi yazir: “Parabank”da oğlunuz Vəli Quliyev olmaqla kimsə ilə görüşmək mümkün deyil. Kamil adlı departament rəhbərindən savayı. Mən Kamil adlı gənc departament müdiri ilə ilk dəfə görüşəndə öz-özümə nifrət elədim ki, gör bizim taleyimizi kimlər həll edir.
Hörmətli Eldar müəllim. Mən sizə məcburiyyət qarşısında qalıb mətbuat vasitəsi müraciət etdim və 5 ayda “Parabank”da gördüklərimi hələ ki ictimailəşdirmək istəmədim. Bilirəm, sizin “Parabank”da baş verənlərdən məlumatınız yoxdur. Ona görə mən Azərbaycan Respublikasının vətəndaşı kimi, sahibkar kimi xahiş edirəm, vaxt, məkan müəyyənləşdirin, görüşüb dərdimi sizə deyim. Sizə mətbuat vasitəsi ilə deyil, üz-üzə deyiləsi çox sözüm və suallarım var. Səbirsizliklə Eldar Quliyevin şəxsən özündən cavab gözləyirəm”.

10-09-2015, 11:17



Fikirlər