Azərbaycanlı qadını parçalayan şəxs 14 il sonra tutuldu, amma sərbəst buraxıldı

Azərbaycanlı qadını parçalayan şəxs 14 il sonra tutuldu, amma sərbəst buraxıldı

2001-ci ildə Türkiyədə vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qadının qatili hələ ki, cəzasını almayıb. Qətldə şübhəli bilinən şəxs 14 il sonra saxlanılsa da günahı sübut olunmadığından azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, 2001-ci ildə İstanbulda dəfələrlə bıçaqlanmış, bədəni, qolları və ayaqları bir-birindən ayrılmış qadın cəsədinin kimliyi müəyyənləşdirilib. Parçalara ayrılan qadının azərbaycanlı Təzəgül Dadaşava olduğu məlum olub.

Təzəgül Dadaşovanın oğlu Saleh Dadaşov anasını itikin düşməsi ilə bağlı Türkiyə polisinə müraciət edib. Türkiyə polisi 11 il sonra yenidən araşdırmalara başlayıb. “İnterpol” vasitəsilə Dadaşovanın ailəsindən alınan analizlə məlum olub ki, cəsəd həqiqətən də Təzəgül Dadaşavoya aiddir.

Saleh Dadaşov anasının Mevlüt Soytürk adlı şəxs tərəfindən təhdid edildiyini polisə bildirib.
Araşdırmalar zamanı məlum olub ki, T.Dadaşova öldürülməmişdən bir neçə dəqiqə əvvəl sonuncu dəfə M.Soytürklə telefonla danışıb.

Həbs edilən M.Soyterk dünən- sentyabrın 6-da İstanbul Ağır Ceza Məhkəməsində hakim qarşısına çıxarılıb. O, “başqasının işlədiyi cinayətin cəzasını mən çəkəcəyəm?” deyib və azadlığa buraxılmasını istəyib.

Hakim M.Soytürkün qatil olması ilə bağlı kifayət qədər sübutun olmadığını əsas gətirərək onu sərbəst buraxıb.

İlkin Muradov
Musavat.com

7-09-2015, 13:06



Fikirlər