Göygöldə avtomobil piyadanı vurub

RealNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Göygöldə yolu keçmək istəyən piyadanı avtomobil vurub. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə bu gün axşam saatlarında Göygöl rayon sakini 67 yaşlı Sevda Namazova xəstənaya gətirilib.

Xəstəyə ilkin tibbi yardım göstərilib və məlum olub ki, yaralını avtomobil vurub. Həkimlərin sözlərinə görə Sevda Namazovanı avtomobilin sürücüsu gətirib və vəziyyəti orta ağırdı.

Faktla bağlı araşdırma aparılır.

23-12-2014, 17:28



Fikirlər