Gəncə Dövlət Universitetində yeni sezon BAZARI

Gəncə Dövlət Universitetində yeni sezon BAZARI

Artıq ali məktəblərə daxil olan tələbələrin qeydiyyat prossesi başlayıb. Test imtahanlarından sonra tələbə adını qazanmış vətəndaşlar daxil olduqları və ya seçdikləri ali təhsil ocaqlarından qeydiyyatdan keçmək üçün müraciətlər etməyə başlayıblar. Və elə qeydiyyatın ilk günlərindən etibarən mətbuatda Azərbaycan təhsilinə mənfi çalarlar qatan Gəncə Dövlət Universitetindən şikayətlər daxil olmağa başlayıb. GUNDEMİNFO.AZ-a daxil olan məlumatlara görə, bu ali məktəbə daxil olan tələbələr qeydiyyatdan keçmək üçün müraciət etsələr də hələ də, adlarını tələbələrin siyahısına yazdıra bilmirlər.

Goranboy rayonundan olan və adının çəkilməsini istəməyən bir vətəndaş bizə müraciət edərək bildirir ki, universitetdə prorektorlardan biri tələbə qəbulu ilə bağlı qeydiyyat prossesinə rəhbərlik edir. Qeydiyyata alınma ilə bağlı müraciət etmələrinə baxmayaraq onlar ali məktəbə daxil ola bilmirlər. Yalnız uzun uzadı bürokratik əngəllər və rüşvət istədikdən sonra tələbə daxil olduğu ixtisas üzrə fakultənin dekanlığının mərtəbəsinə gedə bilir. Bundan sonra da dekanlıqlardakı dəllal-lobarantlar və ya fakultə üzrə Həmkarlar İttifaqının sədri yeni tələbələrin hər birindən 20 manat vəsait alır ki, bu da sənədləşmə üçün lazımdır.

Bundan başqa artıq ali məktəblərdə dərs saatları üzrə bölgünün başlandığı barədə də GUNDEMİNFO.AZ-a informasiya daxil olub. GDU-dakı mənbəmiz bildirir ki, bu ali məktəbdə işləyən xeyli sayda müəllimin yeni tədris ilindən etibarən dərs yükü azaldılıb. Hazırda ali məktəbdə işləyən tələbələrlə bağlı olaraq narazılıqların artdığı bildirilir. İnformasiyaya əsasən narazılıqlar elə bir həddə çatıb ki, artıq dərs yükü azaldılmış müəllimlər Təhsil Nazirliyinə müraciət ediblər. Məlumatlara görə, Yusif Yusifov şəxsən məlum olmayan şəxsləri müəllim kimi işə götürüb. Redaksiyamıza daxil olan məlumata əsasən rektor Yusif Yusifov bununla bağlı olaraq köməkçisinə təlimat verib. Bu təlimatdan sonra isə Gəncə Texnalogiya Universitetində yaşana biləcəklər burada da təkrarlana bilər. Yəni Y.Yusifov bilir ki, Akif Süleymanovun yaşıdığı problemləri gec-tez GDU-da yaşaya bilər. Yəni dərs saatlarının bölgüsü, tələbələrin yerləşdirilməsi və təhsil haqlarının idarə edilməsi üzrə aparılan işlərlə bağlı yoxlamalar aparıla bilər.

GDU ilə bağlı redaksiyamıza olduqca ilginc informasiyalar daxil olub. Qarşı tərəfin də mövqeyini dinləməklə bu araşdırmalarımızı davam etdirəcəyik.

19-08-2015, 10:43



Fikirlər