Baş redaktor istintaqın yalanını çıxardı

Baş redaktor istintaqın yalanını çıxardı

Cavid Ələsgəroğlu ona qarşı irəli sürülmüş ittihamların qondarma olduğunu və sifarişlə həyata keçirildiyini bildirir

Xəbər verildiyi kimi, bir müddət əvvəl 7gun.az saytının rəhbəri Cavid Ələsgəroğlu həbs olunub. Hazırda məhkəməsi keçirilən məhkəmə prosesində isə aparılan istintaqın qərəzli olduğu, heç bir ittihamın sübuta yetirilmədiyi üzə çıxıb. Hətta iş o həddə çatıb ki, məhkəməni idarə edənlər belə çıxılmaz vəziyyətdə qalıblar.

Dünən vəkili vasitəsi ilə mətuata müraciət ünvanlayan Cavid Ələsgəroğlu başına gələnlərin ən incə detallarını, ona qarşı oyun qurulduğunu isbat edən bütün dəlilləri ortaya qoyub. Baş redaktorun JAM.AZ-a daxil olan müraciətində ilk cümlələr belə başlayır: Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının 2014- cü ilin təxminən may-iyun ayında keçirtdikləri tədbir zamanı Tovuz rayon Qovlar qəsəbə Bələdiyyəsinə məxsus, 2011-ci ildən başlayaraq 2014-cü ilə qədər Rəhimova Zəhra Namaz qızına hər il üçün illik icarəyə verilmiş 0,1 sot torpaq sahəsində quraşdırılmış metal konustruksiyada əxlaqsızlıq yuvası aşkar edilmişdir. Fakt üzrə AR CM-in 244.1-ci maddəsi ilə cinayət işi başlanmış və Bakı şəhər Qaradağ rayon sakini Xankişiyeva Şəfiqə İsmayıl qızı həmin cinayət işi üzrə məsuliyyətə cəlb olunmuşdur. Niyə Şəfiqə Xankişiyeva? Axı Tovuz rayon Qovlar qəsəbə Bələdiyyəsinə məxsus 0,1 sot torpaq sahəsinin Xankişiyeva Şəfiqə ilə əlaqəsi, onunla bağlılığı və ona aidiyyatı yoxdur. Rəhimova Zəhra Namaz qızı və onun 16 illik həbs cəzsına məhkum edilmiş oğlu Tahir Rəhimov cinayət məsuliyyətindən yayınmaq məqsədilə Şəfiqə Xankişiyevanı irəli verib. Çünki onun 2 az yaşlı uşağı və bir şəhid qardaşı var. Belə olan halda onu məsuliyyətə cəlb etmək bir qədər çəinləşir».

7gun.az-ın rəhbəri daha sonra yazır ki, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirtdikləri tədbirin əsasən, qanunsuz və böhtan olduğunu bildirən Xankişiyeva Şəfiqə İsmayıl qızı baş verənlərlə və qarşılaşdığı özbaşınalıqlarla bağlı 2014- cü ilin təxminən may ayında jurnalist kimi tanıdığı Orucov Asif Akif oğluna danışıb və ondan kömək istəyib. «Onların arasında əldə olunmuş qarşılıqlı razılığa görə Asıf Orucov tanışı Məhərrəm Əsgərovla birlikdə Şəfiqə Xankişiyevanın sözləri əsasında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş idarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə müxtəlif instansiyalara ərizə və şikayətlər yazıb. Buna görə bütün xərcləri Şəfiqə Xankişiyeva öz üzərinə götürüb».

Müraciətdə daha sonra deyilir: «Hazırda barəmdə olan 141900302 saylı cinayət işinin başlanmasına əsas və səbəb DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin Ə.T.Ş- ın xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Eminov Seyid Mahir oğlunun vətəndaş Xankişiyeva Şəfiqə İsmayıl qızından aldığı 2014-cü il avqust tarixli şifahi ərizə protokolu olub. Bu barədə bir qədər sonra ətraflı şərh verəcəm. Şəfiqə Xankişiyevanın adından yazılmış şifahi ərizə protokolunda o, Asif Orucovun və Məhərrəm Əsgərovun cinayət məsuliyyətinə cəlb olunmalarını xahış edib. Onun adından yazılmış şifahi ərizə protokolunda məndən şikayəti və tələbi olmayıb, mənim cinayət məsuliyyətinə cəlb olunmağımı istəməyib».

Cavid Ələsgəroğlu qeyd edir ki, Şəfiqə Xankişiyevanın şifahi ərizə protokolu və izaharı əsasında Asif Orucov və Məhərrəm Əsgərov barəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində AR CM-in 178.2.1- ci maddəsi ilə cinayət işi başlanmış, onlar 04 avqust 2014- cü il və 05 avqust 2014-cü il tarixlərində şübhəli şəxs qismində tutulublar. «Orucov Asif DİN-in BMCMİ- də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən mənə məlum olmayan səbəblərdən izahat və ifadə verərək, Ş.Xankişiyevanı 2013- cü ildə mənim vasitəmlə tanıdığını bildirib, barəmdə həqiqətə uyğun olmayan ifadələr verib. Halbuki Asif Orucov 2012- ci ildən 2014- cü ilin oktyabr ayına qədər Ədliyyə nazirliyi Pentension Xidmətin Məntəqə tipli cəzaçəkmə müəssisəsində olub.
Bundan sonra Xankişiyeva Şəfiqə İsmayıl qızı da Orucov Asif Akif oğlunun izahatına oxşar izahat verərək, guya mən 2013-cü ilin iyun ayının təxminən ortalarında Şəfiqə Xankişiyevaya məxsus mobil telefona zəng vurub, rüsvayedici məlumatlar yayacağını adı ilə hədə-qorxu gələrək, tanışım Asif Orucovla əlbir olub, ondan 700 manat pul almışam. İstintaq materiallarından mənim ona zəng etmədiyim, onun dediklərinin tamamilə böhtan olduğu məlum olub. Buna görə də mənim heç nədən xəbərim olmadan barəmdə DİN-in BMCMİ-də AR CM-in 182.2.1- ci maddəsi ilə cinayət işi başlanıb, heç bir vasitə ilə istintaqa çağrılmadığım halda tutulmağımla bağlı axtarış qərarı çıxarılmayıb».

Baş redaktor bildirir ki, Orucov Asif Akif oğlu cinayət işi üzrə 26 may 2015- ci il tarixində keçirilən məhkəmə istintaqında ifadə verərək, ibtidai istintaq zamanı DİN-in Baş Mütəşşəkil Cinəyatkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu döyərək müxtəlif işgəncələr verməklə Cavid Ələsgəroğluya qarşı qarşı izahat və ifadə aldıqlarını bildirib. «O, Şəfiqə Xankişiyeva ilə üzləşmə protokolunda göstərdiklərini BMCMİ- in əməkdaşlarının sözləri ilə yazdığını qeyd etdi. Hazırda məhkəmə prosesi davam etdirilir. Sözügedən 141900302 saylı cinayət işinin başlanmasına əsas və səbəb DİN- in İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsinin Ə.T.Ş-in xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik- leytenant Eminov Seyid Mahir oğlunun vətəndaş Xankişiyeva Şəfiqə İsmayıl qızından aldığı 2014-cü il 02 avqust tarixli şifahi ərizə protokolu olub. Həmin şifahi ərizə protokolu AR CPM-in 204-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə alınıb. Belə ki, tərtib edilmiş şifahi ərizə protokolundan göründüyü kimi DİN-in yüksək rütbəli zabiti, yəni vəzifəli şəxsi Seyid Eminov tərəfindən qəbul edilib. Lakin bu barədə tərtib edilmiş protokolu qanunvericilikdə nəzərdə tutulmayan hansısa mütəxəssis qismində dəvət olunmuş Əliyev Mürüvət Şirzəd oğlu imzalayıb. AR CPM-in 204.5-ci maddəsinə əsasən protokolu törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs və məlumatı qəbul edən vəzifəli şəxs imzalayırlar. Qanunun bu tələbi baş əməliyyat müvəkkili Seyid Eminov tərəfindən kobud şəkildə pozulub. Yəni o, protokolu məlumatı qəbul edən vəzifəli şəxs qismində imzalamayıb. Onun imzası əvəzinə hansısa Müruvvət Əliyevin imzası qoyulub. Belə olan halda həmin şifahi ərizə protokolu saxtalaşdırılıb».

Cavid Ələsgəroğlu qeyd edir ki, AR CPM-nin 204.6-cı maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış, yaxud uydurma fiziki şəxs adından yazılmış ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz. «Bundan başqa tərtib olunmuş şifahi ərizə protokolu vətəndaş Şəfiqə Xankişiyevanın verdiyi məlumatlar üçüncü şəxs adından qeyd olunmuşdur. Halbuki AR CPM-nin 204.4-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında və məlumat verən şəxsə onların məlum olduğu hallar barədə məlumatlar protokolda birinci şəxs adından qeyd olunur. Tərtib edilmiş şifahi ərizə protokolundan isə belə görünür ki, həmin məlumat onu tərtib edən şəxslərin maraqlarına və uydurmalarına uyğun olaraq tərtib edilib. Vətəndaş Xankişiyeva Şəfiqə İsmayıl qızından sözügedən şifahi ərizə protokolu qəbul edilərkən o, AR AR AM-in 296-cı maddəsində nəzərdə tutulmuş məsuliyyət izah olunmaqla ərizəçinin üzərinə məsuliyyət qoyulub. Halbuki həmin vaxt Şəfiqə Xankişiyeva istintaq altında olub və o, istintaq hərəkətlərində AR CM-in 244.1-ci maddəsi ilə şübhəli, təqsirləndirilən şəxs qismində iştirak edib.
AR CPM-nin 91.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadə və izahat görə heç bir məsuliyyət qoyula bilməz».

Baş redaktor vurğulayır ki, bütün bunlara əsasən DİN-in əməkdaşlarının vətəndaş Xankişiyeva Şəfiqə İsmayıl qızından qəbul etdikləri 02.08.2014-cü il tarixli şifahi ərizə protokolu qanunsuzdur, saxtadır və cinayət işinin başlanması üçün səbəb ola bilməz. «Mən cinayət işi üzrə icraata xitam verilməsi, barəmdə bəraətverici əsaslarla yekun qərar qəbul olunması ilə bağlı məhkəməyə vəsatət təqdim etmişəm. Məhkəmə tərkibi məzuniyyətə olduğu üçün proses təxirə salınıb».

6-08-2015, 10:51



Fikirlər