Milli Atüstü Oyunlar üzrə IX prezident kuboku uğrunda yarışlar başa çatıb

Milli Atüstü Oyunlar üzrə IX prezident kuboku uğrunda yarışlar başa çatıb Çövkən oyunlarının finalında Bakının “Sərhədçi” və “Kövsər” komandaları üzə-üzə gəlib. RealNews.az Kanal S-ə istinadən xəbər verir ki, daha inamlı təsir bağışlayan sərhədçilər görüşdən qalib ayrılıb və yarışın çempionu olub. Bakının digər təmsilçisi “Kövsər” ikinci, Ağstafa isə üçüncü olub.

Digər növlərdən yaylıq yarışlarında Qəbələ, papaq yarışlarında Oğuz, sürpapaq yarışlarında isə Balakən komandaları birinciliyi əldə edib. Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək , sayca 9-cu dəfə təşkil edilən Atüstü Milli Oyunlar üzrə Prezident Kuboku dekabrın 18-də start götürmüşdü. 4 növ üzrə keçirilən yarışlarda 16 komanda mübarizə aparırdı.

23-12-2014, 17:03



Fikirlər