Vladimir Putin İlham Əliyevi təbrik edib

Vladimir Putin İlham Əliyevi təbrik edib“Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm”


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

İnterAz-ın məlumatına görə, təbrikdə deyilir:

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzu edirəm.

Bizim aramızda yaranmış, etimada əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə konstruktiv dialoqumuz və səmərəli birgə işimiz davam edəcək.

Sizə və ailənizə hörmətimi və ən xoş arzularımı bildirirəm.

23-12-2014, 16:59



Fikirlər