Naxçıvanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin həcmi açıqlanıb

Naxçıvanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin həcmi açıqlanıbNaxçıvanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin həcmi açıqlanıb
Bu xidmətlərin həcmi 43 milyon 655 min manat olub

Naxçıvan Dövlət Statistika Komitəsi bu ilin 11 ayı ərzində İnformasiya və rabitə sektorunda göstərilən xidmətlərin həcmini açıqlayıb.

İnterAz-ın Rabitə və Yüksək Texnologiyalar Naziriliyinə istinadla verdiyi məlumata görə, bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında İnformasiya və rabitə xidmətlərinin həcmi 43 milyon 655 min manat olub. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 36 milyon 867 min manat olmaqla bir il öncəki göstəricini 1,1 faiz üstələyib.

22-12-2014, 15:51



Fikirlər