"Aqrolizinq"- dən daha bir şübhəli milyonluq müqavilə - Heç kimin tanımadığı ofşor şirkətlə

"Aqrolizinq"- dən daha bir şübhəli milyonluq müqavilə - Heç kimin tanımadığı ofşor şirkətlə

“Aqrolizinq” ASC “Solo Trade Corporation LTD” şirkəti ilə 92 min ton mineral gübrə almaq barədə saziş imzalayıb.

"60 min ton azot gübrəsinin alınma qiyməti 23 mln 514 min 876 manatdır" - deyə Satınalmalar üzrə Dövlət Agentliyi məlumat verir.

“Aqrolizinq” ASC-dən "Turan"a bildiriblər ki, ilkin olaraq 92 min ton müxtəlif gübrələr almaq planlaşdırılırdı. Amma dövlət büdcəsindən maliyyələşmə gecikdiyi üçün tender iki hissəyə bölündü. İkinci hissə üzrə (başqa mineral gübrələr) SDA-nın icazəsi ilə həmin şirkətlə 17 milyon 535,5 min dollar məbləğində müqavilə bağlanılıb.

“Solo Trade Corporation LTD” offşor şirkətidir və haqqında informasiya bazası yoxdur.

Hökumət fermerlərə verilən mineral gübrələrin qiymətinin 70%-i dövlət büdcəsindən ödəyir. Bir neçə özəl şirkətin xətti ilə də gübrə alınır.

Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycana 75 milyon dollar dəyərində 153,6 min ton müxtlif gübrələr gətirilib.

28-07-2015, 16:33



Fikirlər