Azərbaycan 257 milyon dollar məbləğində təbii qaz ixrac edib

Azərbaycan 257 milyon dollar məbləğində təbii qaz ixrac edibAzərbaycan 257 milyon dollar məbləğində təbii qaz ixrac edib
Bu göstərici isə ötən ilin müvafiq dövrünün ixracına nisbətən 60 faiz azdır

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələri əsasında 1 530 877 min kubmetr təbii qaz ixrac edib.

İnterAz Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda təbii qazın məbləği 257 mln. 063 min dollar təşkil edib.

Bu göstərici isə ötən ilin müvafiq dövrünün ixracına nisbətən 60 faiz azdır.

Hesabat dövründə Azərbaycanın sayğac göstəriciləri əsasında ixrac etdiyi təbii qazın miqdarı isə 7 724 533 min kubmetr təşkil edib.

22-12-2014, 15:45



Fikirlər