“Parabank” da Vəli Quliyev "şapka"sı

“Parabank” da Vəli Quliyev "şapka"sı

Banklar ölkə iqtisadiyyatının inkişafına əsas maneə olaraq çıxış edirlər. Bank rəhbərliyi Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən 10 faiz şapka aldığı iddia olunur.

Son illər ölkə iqtisadiyyatının inkşafı üçün dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə müxtəlif bankların xətti ilə sahibkarlara verilən aşağı faizli kreditlərin aidiyyatı üzrə xərclənməməsi və bankların bu kreditləri bir qayda olaraq öz yaxın adamlarına, yaxud da məməurların yaxınlarına vermələri ilə bağlı söz-söhbətlər tükənmək bilmir.

Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə verilən aşağı faizli kreditlərin iri məbləğləri adətən tanışı və bank rəhbərləri ilə "yaxşı” münasibətləri olan sahibkarlara verilirki, həmin sahibkar isə kreditin cüzi hissəsini aidiyyatı üzrə xərcləməklə "gözə kül” üfürürlər.

Əsas məbləğ isə bir qayda olaraq daha tez gəlir gətirən biznes sahəsinə yönləndirilir. Halbuki həmin kreditlərin uzunmüddtə və aşağı faizlə verilməsinin tək səbəbi kənd təsərrüfatının inkişafına nail olmaqdır və bu dövlətin əsas sosial-iqtisadi proqramlarından biridir. Lakin banklar və məmurlar həmin kreditləri bir çox hallarda sadəcə olaraq mənimsəyir, ən yaxşı halda isə, həmin kreditlər aidiyyatı üzrə deyil, daha tez gəlir gətirən sahələr yönləndirilir. Bu isə sonucda ölkə iqtisadiyyatının nəzərdə tutulan inkişafına böyük zərbə vurur. Çox təəssüflə qeyd etməliyik ki, məhz məmurlar və sırf işləri soyğunçuluq olan banklar Azərbaycan iqtisadiyyatının inkişafına mane olan əsas qüvvə kimi çıxış edirlər.

Bank rəhbərləri isə kreditlərin böyük hissəsini müxtəlif yollarla mənimsəməklə yanaşı sahibkarlara verilən aşağı faizli kreditlərdən 10 faiz kəsməklə bu işdən yaxşı qazanc götürürlər.

AzFakt.com-a daxil olan məlumata görə, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən kreditlərdən tutulan şapka əməliyyatı "Parabank”da daha sistemli şəkildə istifadə olunur. Bank rəhbəri Vəli Quliyev rayonlardakı bütün filial müdirlərinə göstəriş verib ki, sahibkarlara verilən 15 min manatdan yuxarı kreditlərdən 10 faiz "şapka” nəğd şəkildə tutulsun. Filial rəhbərlərinin 10 faizlik təklifi ilə razılaşmayan sahibkarlar isə aşağı faizli və uzun müddətli kreditlərə illərlə möhtac qalır. Ancaq pula ehtiyyacı olan sahibkarlar "Parabank”rəhbərliyinin 10 faizlik təklifi ilə razılaşmaq məcburiyyətində qalırlar.

Mənbə iddia edir ki, Bankın rayonlardakı bir çox filial müdirləri Vəli Quliyevdən fərqli olaraq öz tanışlarının, qohumlarının adına aşağı fazili kreditlər verərək, həmin kreditlərlə özlərinin şəxsi binzeslərini çiçəkləndirirlər. Filial müdirlərinin bu əməliyyatında "Parabank” rəhbərinn xəbəri olduğu və məsələyə göz yumduğu deyilir.

9-07-2015, 10:05



Fikirlər