Imişlidə 1 gündə 2 ev yandı

Imişlidə 1 gündə 2 ev yandıİmişli rayonunun Göbəktala kəndində Səhhət Məmmədova məxsus evdə yanğın olub. El TV xəbər verir ki, evin mətbəx hissəsində başlayan yanğın qısa müddətdə güclənib. Hadisə zamanı evin dam örtüyü və 40 kvadratmetr sahəsi yanıb. Əraziyə İmişli Rayon Yanğından Mühafizə Xidmətinin iki ədəd texnika və canlı qüvvəsi cəlb edilib.
Alov söndürülüb. Evin 110 kvadratmetri və bir çox əşyalar yanğından mühafizə edilib.

İmişli şəhəri, Qadir İsmayılzadə küçəsində yaşayan Rasim Cəfərova məxsus 2 mərtəbəli evdə də yanğın baş verib. Bu zaman ev sahibinin 1-ci mərtəbədə saxladığı 2 min 700 toyuğu yanıb. Hadisə yerinə İmişli Rayon Yanğından Mühafizə Xidmətinin texnika və şəxsi heyəti cəlb edilib. Alov söndürülüb və 2-ci mərtəbəyə keçməsinin qarşısı alınıb. Hər iki hadisənin elektrik naqilində baş verən qısa qapanmadan yarandığı ehtimal edilir.
Araşdırmalar davam etdirilir.

19-12-2014, 21:33



Fikirlər